Siyasət

İşçi qrupunun iclası yanvarın 30-da keçiriləcək - Rəsmi Moskva

28 Yanvar 2021 13:19
Baxış: 527

Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupunun ilk iclası bütün tərəflərin razılığı ilə 30 yanvarda Moskvada keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveev açıqlama verib.

"Tərəflərin qarşılıqlı razılığı ilə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının Baş nazir müavinlərinin birgə sədrliyi altında əvvəlcədən planlaşdırılan üçtərəfli işçi qrupun ilk iclası 30 yanvar 2021-ci ildə Moskvada keçiriləcək", - Matveyev qeyd edib.

Xatırladaq ki, 11 yanvar tarixində Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Danışıqların ardından Dağlıq Qarabağın inkişafı ilə bağlı ortaq bir bəyanat imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.