Siyasət

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

25 Yanvar 2021 18:32
Baxış: 2 904

Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"na aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilir:

"16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.