"ABŞ dövlət maraqlarını heç vaxt lobbi maraqlarına qurban verməz"
"Stanislav Tarasovu Regnum-da 15 ildir izləyirəm. O, Bakıda doğulan rusdur. Tarasov BDU-nun tarix fakültəsini qurtarıb".
Bunu Milli.Az-a açıqlamasında professor, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, Bayden hələ heç bir həftə deyil seçilibdir, onun haqqında Tarasovun o cür fikir yürütməsi həqiqətə uyğun deyil:
"Stanislav Tarasov Regnum-da bütün gücünü ancaq və ancaq qondarma Dağlıq Qarabağın tanınmasına sərf edib. Ermənipərəst yazıları ilə tanınır, orada bir dənə də olsun onun obyektiv yazısını görməmişəm. O, erməni jurnalisti kimi bir şeydir. Onun yazılarında obyektivlik axtarmaq əbəsdir.
Onun Bayden hökumətinin Qarabağ məsələsində təşəbbüsü ABŞ-ın əlinə almaq istəməsi barədə dedikləri real görünmür. Ümumiyyətlə ABŞ-ın siyasətində Azərbaycan yox, Cənubi Qafqaz siyasəti var. Cənubi Qafqaz siyasətində heç şübhəsiz ki, Azərbaycan, Gürcüstan və Ermənistanı ayrı-ayrılıqda götürdükdə, hər biri üçün ayrıca bir siyasəti yoxdur. Amma yanaşmalara gəldikdə isə bəli, həmişə ABŞ-ın Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, amma Konqresdə isə vəziyyət tamam başqa cür olub. Konqresdə həmişə görmüşük ki, ermənipərəst konqresmenlər Azərbaycanın əleyhinə sənəd qəbul etməyə çalışıblar. 907-ci maddə elə buna sübutdur. Bayden hələ heç bir həftə deyil ki, seçilibdir. Onun haqqında Tarasovun o cür fikir yürütməsi həqiqətə uyğun deyil".
Birləşmiş Ştatlar Azərbaycanın strateji tərəfdaşıdır, Cənubi Qafqazda ən çox marağı da Azərbaycanadır. Bizim enerji siyasətimizdə bizə ən çox dəstək verən Birləşmiş Ştatlardır. Ona görə də onun Ermənistanda maraqları ancaq lobbi maraqları üzərində dayanır. ABŞ dövlət maraqlarını heç vaxt lobbi maraqlarına qurban verməz".
E.Əhmədov deyib ki, Ermənistan 44 günlük müharibə zamanı münaqişəyə aidiyyatı olmayan 20-ə qədər rayonumuzu dağıdıb:
"Ona görə də ermənilər hər dəfə 24 apreldə Amerika prezidentinin çıxışını gözləyiblər, o desin ki, "erməni soyqırımı olubdur", o da heç vaxt gerçəkləşməyib. Amma seçki ərəfəsində oradakı ermənilər həmişə fəallaşıblar ki, gələcəkdə onlar üçün Amerika dövləti tərəfindən bir dəstək olsun. Amma bu dəstəyi onlar heç vaxt görməyiblər. Dediyim kimi, müəyyən vaxtlarda konqresdə müəyyən sənədlər qəbul olunub, o da ki, məcburi xarakter daşımır. Adi kağız parçasından başqa bir şey deyil. Amma ayrılıqda Birləşmiş Ştatların ayrılıqda mövqeyinə yanaşdıqda Azərbaycanla onun müasibətləri starteji tərəfdaşlıq səviyyəsindədir və inanmıram ki, ABŞ gələcəkdə Azərbaycanın qələbəsinə kölgə salacaq nəsə bir sənəd qəbul etsin və ya fikir bildirsin. Bunlar Tarasovun öz ideyalarıdır. O, bu cür düşünə bilər. Onlar müharibə dövründə də Azərbaycanın qələbəsinə kölgə salmağa çalışırdılar, amma buna nail ola bilmədilər. Faktdır ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ beynəlxalq hüquqa əsaslanırdı. Biz Ermənistanla hansısa bir mübahisəli ərazi uğrunda müharibə aparmırdıq ki?! Biz Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək uğrunda mübarizə aparırdıq və müharibə Azərbaycan torpağında gedirdi. Dağılan ərazilər də bizim ərazilərimizdir. Müharibə dövründə Ermənistan münaqişəyə aidiyyatı olmayan 20-ə qədər rayonumuzu dağıdıb. Bizim axı o müharibə bölgəsindən kənar bu qədər mülki vətəndaşlarımız öldü. Ermənistan ərzisində bir dənə bir yer dağıldımı? Bir yerə güllə atıldımı? Bir dənə də olsun mülki vətəndaşın ölməsi haqqında fakt varmı?
İndi erməni lobbisi bu istqimətdə yenidən fəallaşıb. Erməni lobbisi fəallığı nəticəsindı artıq XX əsrdəki kimi istədiyinə nail ola bilməyəcək, indi XXI əsrdir. XXI əsrdə biz onlara müharibəni necə aparmaq nümunəsini göstərdik. Müharibə bitəcək, amma informasiya savaşı heç vaxt bitmədiyi kimi yenə də inanmıram ki, nə vaxtsa bitsin. Çünki bu, bu günün, dünənin məsələsi deyil. Bu, 100 ilin, 200 ilin məsələsidir. Amma biz öz haqq mövqeyimizi həm hərb, həm diplomatiya meydanında göstərdik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





