"Moskva bəyanatı bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır"
Azərbaycan Vətən Müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun fikrincə, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edir:
"Görüşün ən mühüm nəticəsi kimi qiymətləndirilən birgə bəyanat nəinki onu imzalayan tərəflərin, eləcə də bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır".

R.Məmmədov hesab edir ki, Azərbaycanın qalib ölkə kimi qatıldığı bu görüşdə əldə olunmuş razılaşma regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zərurliyini bir daha təsdiqləyir:
"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, əlbəttə ki, bizim ən böyük nailiyyətimizdir. Yaranmış yeni reallıq əslində 30 ildir həllini gözləyən münaqişənin bütün regionun inkişafına maneə yaratdığı barədə uzun müddətdir təkrarlanan tezisin nə qədər əsaslı olduğunu bir daha nümayiş etdirir. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafını tormozlayan, sülhə, sabitliyə təhdid kimi qiymətləndirilən düyünə çevrilmişdi. İndi bu düyün çözülüb. Region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanlar açılıb. Və bu yalnız Azərbaycanın baxışı deyil, regionda maraqları olan bütün ölkələr bu yanaşmanı bölüşür".
Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan keçmişə ilişib qalmamalı, indiki reallığa uyğun gələcək fəaliyyət konsepsiyasını müəyyən etməlidir. Bu konsepsiyanın mütləq şərtlərindən biri qonşuların ərazi bütövlüyünə hörmət, əsassız iddia və ittihamlardan imtina etməkdir:
"Prezident İlham Əliyev Moskva görüşündə bir daha bu məsələlər toxundu. Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Eyni zamanda Ermənistanın siyasi elitasına da zəruri mesajlar verdi. Hesab edirəm ki, gələcəyə baxmaq üçün bu görüşdə əldə olunmuş razılaşmaların əhəmiyyəti olduqca yüksəkdir".
Deputat bildirib ki, istənilən kontekstdə təhlil etdikdə üç ölkə rəhbərinin imzaladığı yeni bəyanat Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Ramin Məmmədovun fikrincə, sənəd Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin etməklə yanaşı, region ölkələri üçün də yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq. "Bugünkü reallıqlar, dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük uğurlarından biri bütün region ölkəlkərinə bu cür imkanı yaratmasındadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





