Siyasət

Milli Məclisin deputatları Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

5 Yanvar 2021 16:50
Baxış: 772

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar  prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 13-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory