Siyasət

Ceyhun Bayramovla qırğız həmkarı arasında telefon danışığı olub

29 Dekabr 2020 13:52
Baxış: 551

Xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a verilən məlumata görə, nazirlər, 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

R.Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edildi.

Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi apardılar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə etdilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.