Siyasət

Baş prokuror: "Ulu Öndər Qarabağdakı bugünkü zəfər üçün əlindən gələni etmişdi"

12 Dekabr 2020 16:21
Baxış: 598

Ulu Öndər Qarabağla bağlı bugünkü günü görürdü. Bu zəfər üçün əlindən gələni etmişdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün əldə edilən qələbəyə görə bir daha ona minnətdarıq. Çünki onun siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi bütün islahatlar, beynəlxalq sahədə gördüyü bütün tədbirlər hamısı buna yönəlmişdi. Möhtərəm Prezident çıxışında qeyd etdi ki, bu gün Azərbaycanın qələbəsi üçün çox gözəl hüquqi baza, hüquqi zəmin yaradılmışdı. Bu hüquqi bazanın da yaradılmasında Ulu Öndərin xidmətləri misilsiz idi. Təbii ki, bu gün onun ruhu şaddır və bir daha Allah rəhmət eləsin", - Baş prokuror vurğulayıb. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.