Siyasət

Türkiyə Müdafiə Nazirliyindən Qarabağ Monitorinq Mərkəzi barədə açıqlama

6 Dekabr 2020 16:21
Baxış: 2 019

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması üçün hazırlıqlar tam sürətlə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şebnem Aktop deyib.

Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan ordusuna kömək göstərirlər:

"Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. Türkiyə Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləməyə davam etməyə hazırdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.