Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir
Bu gün Fransa regionda gedən sülh proseslərinə dəstək vermək əvəzinə öz çirkin məqsədlərinə nail olmağa çalışır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatının müzakirəsi zaman deyib.
B.Əliyev qeyd edib ki, Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunduqdan sonra bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb:
"Bu qədər insanın bu illər ərzində pozulmuş hüquqlarını Fransa Senatı nə zaman müzakirə edib? BMT TŞ-nın işğal olunmuş ərazilərlərlə bağlı qətnamələri var və Fransa bu sənədlərə səs verib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa bu qətnamələri icra etməli idi. Düşünürəm ki, Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir. Onlar bu qətnamə ilə bizi təhqir edirlər. Qoy onlar qarşılarında Azərbaycan xalqının iradəsini görsünlər. Əgər düşünürlərsə ki, bu cür qətnamələrlə bizə öz iradələrini, çirkin əməllərini qəbul etdirəcəklər, onlar yanılırlar.
Deputat deyib ki, bütün Azərbaycan xalqı silaha sarılaraq son damla qanına qədər müstəqil dövlətini qoruyacaq: "Nə Ermənistan, nə də onun havadarları bizim iradəmizin əleyhinə gedə bilməz. Biz müstəqil dövlətik. Bu gün qəhrəman Azərbaycan əsgəri öz canı və qanı ilə işğalçıları torpaqlarmızdan qovub. Bu gün sülh prosesi gedir. Bunu dəstəkləmək əvəzinə Fransa qızışdırıcı bir mövqe tutur. Məqsəd isə öz çirkin niyyətlərinə nail olmaqdır. Biz senatın bu qətnaməsini qətiyyətlə pisləyirik və hesab edirik ki, bu Azərbaycan dövlətinin suverenliyinə qarşı bir təhdiddir. Azərbaycan bütün imkanlarından istifadə edərək buna adekvat cavab verməlidir və məcburi köçkünlərin də iradəsi burada əks olunmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı





