Siyasət

Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub

26 Noyabr 2020 08:58
Baxış: 1 327

Fransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, bunun yalan olduğu üzə çıxıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.

Senator Natali Gule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.

N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Silviya Goy-Chavent adlı xanım senatordur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.