Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Prezident İlham Əliyevə zəng edib
Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlətimizin başçısının diqqətinə çatdırıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.
Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
XƏBƏR LENTİ
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı





