Siyasət

Azərbaycanla Ermənistan arasında 200 cəsəd dəyişdirilib

17 Noyabr 2020 12:19
Baxış: 2 324

Qarabağ münaqişəsi tərəfləri arasında artıq 200-ə yaxın ölən şəxsin cəsədləri mübadilə edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bildirib.

Maurerin sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, ölənlərin cəsədlərini qaytarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir.

"Ölənlərin cəsədlərinin çıxarılması ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nın iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları mübadilə etməyə başladığını bildirməkdən məmnunam. Son məlumatlara görə, tərəflər artıq 200 cəsəd mübadiləsi aparıblar. Səy göstərməyə davam edəcəyik",- Maurer qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.