Siyasət

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına edilən əlavələr təsdiqlənib

5 Noyabr 2020 12:12
Baxış: 1 654

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanununu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna edilən dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim ediləcək.

Həmçinin, qanuna əsasən, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib.

Belə ki, bundan sonra bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.