Dünya ictimaiyyəti 30 il sonra "ayılır" - Yeni dönəm başlayır...
Cəbhədə gərginlik artdığı gündən etibarən bir neçə ölkələr istisna olmaqla digər dövlətlər tərəfindən Azərbaycanda baş verənlərə qarşı biganə münasibət göstərilir, məlumatlar təhrif olunmuş formada təqdim olunur, ya da ümumiyyətlə, bu hadisələr barədə məlumat verilmir. Cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən ərazilərdə yaşayan dinc əhalinin erməni hərbçilər tərəfindən bombalanmasına, qadağan edilmiş silahların mülki insanlara qarşı istifadəsinə göz yumulur.
Xüsusilə, xristian dinli əhalinin üstünlük təşkil etdiyi ölkələr Azərbaycanda baş verənlərə daha laqeyd yanaşırlar. Hətta illərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistanı yox, bizi təcavüzkar ölkə kimi təqdim etməyə çalışırlar. Bu kimi məsələlərdə erməni lobbisinin işi böyük təsirini göstərir. Onlar məşhur şirkətlərin nüfuzundan istifadə edərək dünyada Azərbaycana qarşı mənfi fikir formalaşdırıb, özlərini əzilən, təcavüzə məruz qalan ölkə kimi təqdim edirlər. Bəzi şirkətlər təxribatlara uysa da, bəziləri bu məsələdə haqq-ədalətin, yəni, bizim tərəfdə olduqlarını bildiriblər.
Erməni lobbisi uzun illər ölkələri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mane olublar, Ermənistandakı real durum barədə obyektiv dəyərləndirmə aparılmasının qarşısını alıblar. Lakin indi vəziyyət dəyişir. "Human Rights Watch" və "Amnesty International"ın son bəyənatları bunu deməyə əsas verir.

"Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib. "Amnesty International" təşkilatı da Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş klaster bombalarından istifadə etdiyinə dair faktı təsdiqləyib. Təşkilatların adından yayılan bəyanatında klaster silahlardan istifadəni yasaqlayan Konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan ordusunun bu yasağı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər isə yaralanıb.
Sözügedən bəyanatlar göstərir ki, Ermənistan informasiya müharibəsində də iflasa uğrayır, bu savaşda da Azərbaycana uduzur. Artıq erməni şəbəkəsinin Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırması onlar üçün çətin hala gəlir. Belə bəyanatlar bu yöndə yeni dönəmin başldağını, dünya ictimaiyyətinin "ayıl"dığını göstərir. 27 ildir ki, kağız üzərində qalan qətnamələr isə rəşadətli ordumuz tərəfindən icra olunur.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





