Siyasət

Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev - FOTO

29 Oktyabr 2020 14:34
Baxış: 1 671

Ermənistan hərbi-siyasi rəhbərıiyi o qədər quzğunlaşıb ki, diplomtik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, ermənilərin Xocalı faciəsindən başlayan və bu gün davan edən cinayət hadisələrin tərkib hissəsidir.

H.Hacıyev qeyd edib ki, bu gün Azərbycan Prezidentinin təşəbbüsü ilə növbəti humanitatr missiya keçirilib:

"Ermənistan Silahlı Qüvvəılərinin əsgərləri və və hərbçilərin meyitləri birtərəfli qaydada verilməsi təşəbbüsü baş tutub. Bu gün Tovuz-Qazax istiqamətində humanist korridor açıldı. Artıq bu əməliyyat başa çatıb. Mülki insanlardan bir nəfər yaşlı qadın Gürcüstan vasitəsilə Ermənistana verilib. Bir nəfər yaşlı kişi isə tibbi şərait imkan verdiyi zaman təhvil veriləcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.