Siyasət

"Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik" - Pakistan səfiri

27 Oktyabr 2020 13:08
Baxış: 740

Azərbaycan başqasının torpağında yox, öz torpağında döyüşür və uzun müddətdir işğal altında olan torpaqlarını azad etməyə çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Azərbaycanın cəsur Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirlər:

"Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.