Siyasət

ABŞ-dan sərt açıqlama: "Ermənilər Azərbaycan sərhədlərində yaşamalıdır"

22 Oktyabr 2020 12:08
Baxış: 4 243

Şimali Atlantika Alyansı indi ABŞ və Rusiyanın etdiklərini etməyə çalışır. Yəni məqsədimiz Dağlıq Qarabağkı silahlı münaqişəni dayandırmaqdır.

Milli.Az bildirir ki, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bunu keçirdiyi virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ildir ki, irinli yaradır.

"ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupunun həmsədrləri münaqişəni ilkin mərhələyə, yəni erməni əhalinin yaşaya biləcəkləri suveren Azərbaycan sərhədlərinə qaytarmağa çalışır. Bunu həll etmək olar və münaqişə də məhz o zaman başa çatacaq", - Hatçison vurğulayıb.

Hatçisonun sözlərinə görə, problem hərbi münaqişə ilə həll oluna bilməz: "Problemi Azərbaycan sərhədləri və suverenliyi çərçivəsində çözmək gərəkdir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics