Senat və Almaniya Bundestaqından Azərbaycan gənclərinə cavab
Gənclərimiz müxtəlif dünya ölkələrinin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayıblar. Bu müraciətlərdə Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti pislənməklə yanaşı, eyni zamanda, bu siyasət nəticəsində hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir və digər şəhər və rayonlarda yaşayan sivil əhaliyə qarşı törədilən terror aktlarına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı məlumat verilib. İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması pislənilib. Ən sonda gənclərimiz bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar.
Gənclər və İdman Nazirliyindən Milli.Az-a bildirilib ki, ABŞ-ın Kalifornia Ştatının Senatoru Dianne Feinstein, Georgia senatoru Kelly Leoffler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə yazdıqları cavab məktublarında bölgədə artan gərginlik və şiddətdən yaranan narahatlıqlarını və Azərbaycanda Ernənistan tərəfindən törədilən terror aktlarından təsirləndiklərini bildiriblər. Azərbaycanın yanında olduqlarını ifadə edən Senat və Bundestaq üzvləri Ermənistan tərəfindən dinc əhaliyə qarşı hücumların da qəbul olunmaz olduğunu ifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı bu haqlı mübarizədə ölkəmizi dəstəklədiklərini bir daha ifadə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)





