Latviyanın ölkəmizdəki səfirinə erməni təxribatı barədə məlumat verilib
Latviyanın ölkəmizdəki səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs arasında görüş keçirilib.
Görüşdə səfir D.Qarançsa Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və son günlər ölkəmizin iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri məqsədyönlü şəkildə ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananlar olduğu barədə məlumat verilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığı, əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərdiyi qeyd olunub.
Təəssüflə bildirilib ki, uzun illərdir işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə qarşı da terror həyata keçirir.
Ermənistanın Azərbaycana qarşı son günlərdəki hərbi təxribatları və 30 il davam edən təcavüzü nəticəsində ölkəmizin təbiətinə və regionun ətraf mühitinə vurduğu ziyan barədə ölkələrə və beynəlxalq təşkilatlara müraciətlərin göndərildiyi bildirilib.
Görüşdə Latviyanın istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi və suverenliyinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstəyi vurğulanıb.
Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı sonuncu hərbi təxribatı ilə əlaqədar Latviyanın bir sıra dövlət rəsmilərinin ölkəmizin beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini dəstəklədiyi qeyd olunub.
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, ekologiya, energetika, kənd təsərrüfatı, turizm, təhsil, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları məsələləri müzakirə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
XƏBƏR LENTİ
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı





