Siyasət

Səfir: Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq

30 Sentyabr 2020 17:51
Baxış: 1 275

Əgər Ermənistan Dağlıq Qarabağın "müstəqilliyi"ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın buna reaksiyası kəskin olacaq:

"Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də Qarabağla bağlı sərt bəyanatları ilə körpüləri yandırıb və danışıqlar prosesini sarsıtmağa çalışıb. Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik torpaq parçasında Rusiya ilə Türkiyəni toqquşdurmaq cəhdləri edilir".

Səfir əlavə edib ki, Azərbaycanın Qarabağdan erməniləri qovmaq məqsədi yoxdur: "Məqsədimiz oraya azərbaycanlıları qaytarmaq və orada hamının birgə yaşamasıdır".

P.Bülbüloğlu, həmçinin münaqişədə türkiyəli hərbçilərin iştirakı barədə Yerevanın açıqlamalarını təkzib edib:

"Təlimlərdə iştirak etmiş F-16-lar artıq gedib, heç bir muzdlu döyüşçümüz yoxdur. Suriyadan silahlılar da yoxdur, olsaydı, dərhal nəzərə çarpardı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.