Siyasət

Sekuta: Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır

29 Sentyabr 2020 17:51
Baxış: 1 288

Dağlıq Qarabağın və ətraf ərazilərin işğalı Avropada sülh və təhlükəsizliyi sarsıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib

O qeyd edib ki, ABŞ irəliləyişin təmin olunmasında və münaqişənin həlli yollarının axtarışında fəal rol oynamalıdır.

Bundan başqa, ATƏT-in amerikalı keçmiş həmsədri Riçard Hoqland qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Ermənistan digər suveren dövlət, Azərbaycana soxulub və suveren ərazisini işğal edib:

"ABŞ-ın fundamental siyasəti bütün ölkələrin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və müdafiəsindən ibarətdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.