Siyasət

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

27 Sentyabr 2020 11:43
Baxış: 2 756

Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Administrasiyadan bildirilib: "Ermənistan öz destruktiv mövqeyi ilə münaqişənin sülh yolu ilə həlli səylərinə ziyan vurmağa davam edir. Beynəlxalq ictimaiyyət dərhal hərəkətə keçməli, Ermənistanın bu hərəkətlərini pisləməli və təcavüzkara qarşı sanksiyalar tətbiq etməlidir. Türkiyə bir daha Azərbaycana hərtərəfli dəstəyini elan edir və Azərbaycanın hansı qərar qəbul edəcəyindən asılı olmayaraq, Türkiyə qardaş ölkəni dəstəkləyəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.