Siyasət

Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək

24 Sentyabr 2020 17:52
Baxış: 583

Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekununda deyib.

O, Qax rayonunda gürcü məktəb və teatrının bərpa olunmasında dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

C.Bayramov öz növbəsində bildirib ki, ötən il iki ölkə arasında humanitar sahədə fəaliyyət planı hazırlansa da bu, pandemiya ilə əlaqədar təxirə salınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.