"BMT-nin iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bir daha dünyada söz sahibi olduğunu göstərdi" - Deputat
BMT Baş Assamleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın Prezidenti kimi çıxışı hər bir azərbaycanlıya böyük qürur verir. Azərbaycan dünya xəritəsində ərazicə kiçik bir ölkə olmasına baxmayaraq, 120 dövlətin adından söz demək imkanına malik olub və bu imkanı İlham Əliyevin apardığı müstəqil və ədalətli beynəlxalq siyasətin göstəricisi hesab edirəm.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, 120 dövlətin yekdil səsi ilə Qoşulmama Hərəkatına sədr seçilmiş Azərbaycan bu öhdəliyi sadəcə imic üçün üzərinə götürməyib:
"2019-cu ildən bu təşkilata sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində Qoşulmama Hərəkatının nüfuzunun və rolunun artmasına töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla Azərbaycan dünya praktikasında bir ilkə imza atmışdır. Prezidentin çıxışı bir neçə vacib istiqaməti özündə ehtiva edib. Birinci istiqamət dünyanın siyasətində beynəlxalq hüquq termininin yaddan çıxmağa başladığını və BMT-nin fəaliyyətində yeni çağırışlara uyğun fəaliyyətin ortaya qoyulmasının vacibliyi ilə əlaqədardır. Bu gün dünyada terrorizmə, ölkələrin ərazi bütövlüyünü güclə dəyişdirmək cəhdlərinə, düşünülmüş şəkildə mədəni və tarixi abidələrin məhv edilməsinin genişlənməsinə qarşı, multikulturalizm və mədəniyyətlərarası dialoqun dünyada təbliğində BMT-nin fəaliyyətinin daha da artırılması vacibdir. Əgər BMT TŞ-sı özünün qəbul etdiyi qətnamələrin icrasını təmin edə bilmirsə, bu, təşkilatın fəaliyyətinin ya ikili standartlar üzərində qurulduğunu və ya da bu təşkilatın passiv olduğu qənaətinə gətirir. Ona görə də cənab Prezidentin qeyd etdiyi kimi BMT bu gün fəaliyyətini dünyada daha çox beynəlxalq hüququn və ədalətin təmin olunmasına yönəltməlidir.
İkinci istiqamət isə Ermənistan hakimiyyətinin terrorçu, işğalçı və faşizm üzərində qurulmuş siyasətinin mahiyyətini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasının erməni rəhəbərliyinin sərsəm bəyanatları ilə heçə endiyini, Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını və BMT-nin qətnamələrinə məhəl qoymayaraq, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyətin Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Üçüncü istiqamət isə Azərbaycanın iqtisadi uğurlarından, COVİD-19-a qarşı uğurlu mübarizəmizə və dünyada pandemiyaya qarşı mübarizədə Azərbaycanın verdiyi töhfələrə, o cümlədən ölkədə siyasi dialoqun və vətəndaş cəmiyyətinin inkişafında maraqlı oluğuna həsr olunmuşdur. Azərbaycan çox az ölkələrdəndir ki, BMT-yə iki dəfə Milli hesabat təqdim edib. BMT-nin "Davamlı inkişaf hesabatı-2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü yerə layiq görülməsi ölkəmizin yüksək inkişaf dövrünün yaşamasının göstəricisidir. Dövlətin siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə dialoq qurması ölkədə siyasi sabitliyi möhkəmləndirməklə beynəlxalq nüfuzun artmasına xidmət edir.
Ümumi şəkildə qeyd edə bilərəm ki, cənab Prezidentin BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünyada söz sahibi oluğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev BMT-də bu çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
XƏBƏR LENTİ
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq





