Siyasət

Gürcü ekspert: Ermənistan həmişə Gürcüstana xəyanət edib

8 Sentyabr 2020 17:41
Baxış: 1 284

Əsrlər boyunca Ermənistan həmişə gürcü dövlətinə xəyanət edib və təəssüf ki, bu gün də bu, açıq şəkildə görünür.

Milli.Az bildirir ki, bunu Trend-ə Qafqazın geotarixi və geosiyasətinin tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya deyib.

Onun sözlərinə görə, qonşu Ermənistan gürcü qaçqınların öz doğma yurdlarına qayıtmasını istəmir: "Gürcülər dövlətin ərazi bütövlüyü bərpa olunmadan işğal olunmuş ərazilərə qayıtmaq niyyətində deyil. Gürcüstan hökuməti BMT ilə birgə bu istiqamətdə diplomatik mübarizə aparır".

O bildirib ki, Ermənistanın hərəkətləri Gürcüstan dövlətinin bütövlüyünü tanımadığını göstərir: "Bu, xəyanət deyilsə, Ermənistanın hərəkətlərini başqa nə ilə izah etmək olar?"

Q.Marxuliyanın sözlərinə görə, Gürcüstanın uğurlu diplomatiyası sayəsində Ermənistan bu il səsvermədən boyun qaçırdı. Amma gələcəkdə Ermənistan öz mövqeyini dəyişməyəcək, çünki Gürcüstanın və Ermənistanın xarici siyasi meylləri fərqlənir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.