Siyasət

Belarus Xarici işlər naziri azərbaycanlı iş adamı Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib

22 Avqust 2020 14:37
Baxış: 1 168

Belarusun xarici işlər naziri Vladimir Makey Belarus prezidenti adından azərbaycanlı iş adamı və investor Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Vasif İsmayılovun şirkəti Minskdə və Mogilyovda çoxsaylı binalar inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə "Bakı məhəlləsi" yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır .

Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa edib. İş adamı xeyriyyə fəaliyyətlərində aktiv iştirak edir.

Vasif İsmayılovun Şərəf ordeni ilə təltif edilməsi haqqında qərar 21 noyabr 2019-cu ildə verilib, və bu gün nazir tərəfindən şəxsən təqdim edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.