"Anti-Azərbaycan qüvvələrin apardığı qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü daxili və xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və hümanitar layihələrin həyata keçirildiyi, müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən demokratik bir ölkəyə çevrilmişdir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın nəinki regionda, eyni zamanda dünyada nüfuz sahibi olan bir ölkəyə çevrilməsi Azərbaycanı istəməyən qüvvələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılanır və bu qüvvələr bu reallıqla heç cürə razılaşa bilmirlər:
"Bu qüvvələri təmsil edən müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, müxtəlif QHT-lər tərəfindən öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquq və azadlıqlarının müdafiəsi, demoktatik dəyərlərin yayılması üçün bütün dünyada ilk növbədə Avropada öz fəallarının şəbəkəsini yaratmışlar. Çox təəsüflər olsun ki, bu fəalların bir qisimi özlərini siyasi mühacir kimi qələmə verən Azərbaycan vətəndaşlarıdır. Bunlardan biri Almaniyada yaşayan, özünü siyasi mühacir kimi qələmə verən , Azərbaycana qarşı qarayaxma kampaniyasının fəal iştirakçılarından biri, video-bloger Qabil Məmmədov və onun əlaltıları ifşa olunmuşdur. Aparılan istintaq-əməliyyat tədbirləri ilə Qabil Məmmədovun 2015-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində aldatma və sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağrışlar etməsinə şübhələr müəyyən edilib. Göstərilənlərlə əlaqədar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş elan və axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə hüquqi prosedurlar həyata keçirilir. Baş verənlər göstərir ki, Azərbaycandan kənarda olan, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş Qabil Məmmədov kimilər artıq qarayaxma kampaniyası ilə kifayətlənmirlər. Bu vətən xainləri bir qədər də irəli gedərək Azərbaycanın ictimai təhlükəsizliyinə qarşı təhdid və ölkəmizə qarşı pozuculuq və terrorçuluq hərəkətlərini planlaşdıraraq öz həmfikirlərinə çağırış edirlər.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan respublikasının iyul ayında törətdiyi hərbi təxribat zamanı da Amerikada, Avropada Azərbaycana qarşı qarayaxma kampaniyasını aparan sapı özümüzdən olan baltalar yenə Azərbaycan əlehinə aksiyalar təşkil etmişlər. Bu bir daha sübut edir ki, anti-Azərbaycan qüvvələri təmsil edən sapı özümüzdən olan baltalar nökərlərinə çevrildikləri sahiblərinin sifarişlərini yerinə yetirməkdə davam edəcəklər.
Bu qüvvələrin məqsədi təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etməkdir. Ancaq bu anti-milli qüvvələr, vətən xainləri bilməlidirlər ki, artıq dünyanın siyasi arenasında müstəqil, demokratik, hərtərəfli inkişaf etmiş və özünü bütün təhlükələrdən müdafiə etmək imkanlarına malik olan Azərbaycan dövləti var və Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





