Kanadada Azərbaycan bayrağı ucaldıldı - FOTO
İyulun 31-də Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildirilib ki, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızin ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.
Günün ikinci yarısında isə "Olimpik Plaza" binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, "Qarabağ Azərbaycandır!", "Erməni təcavüzünə son!", "Yaşasın Azərbaycan!", Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
XƏBƏR LENTİ
-
DÇ finalının qazonu satışa çıxarıldı (Foto)
-
Günün qoroskopu: Maliyyə məsələlərində ayıq-sayıq olmağınız vacibdir
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi vuruldu
-
Haluk Leventin kazinodan (Fotoları)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
-
Lökbatanda avtobus yandı (Video)
-
Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
-
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi (Video)
-
ABŞ İrana yenidən zərbə endirib
-
Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
-
"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
"The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
-
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
-
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
-
Fransa - İspaniya matçının heyətləri açıqlandı
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər





