Prezident İlham Əliyev A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilsin".
Prezident İlham Əliyev digər sərəncamla Mədəniyyət naziri vəzifələrinin müvəqqəti icrasını Anar Qabil oğlu Kərimova həvalə edib.
Milli.Az