Mədəniyyət naziri vəzifəsinin icrası ona tapşırıldı - SƏRƏNCAM - FOTO

20 İyul 2020 16:27

Prezident İlham Əliyev A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilsin".

Prezident İlham Əliyev digər sərəncamla Mədəniyyət naziri vəzifələrinin müvəqqəti icrasını Anar Qabil oğlu Kərimova həvalə edib.

Milli.Az