Siyasət

AŞPA həmməruzəçiləri sülh danışıqlarını bərpa etməyə çağırır

17 İyul 2020 13:32
Baxış: 1 009

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində baş verən insan itkilərindən narahatlığını bildirib.

Milli.Az Trend-ə istinadən əbər verir ki, bu barədə AŞPA-nın həmməruzəçiləri Kimmo Kiljunen, Stefan Şennak və Rocer Qeylin birgə bəyanatında deyilir.

Məruzəçilər bəyanatda tərəfləri vəziyyətin gərginləşdirəcək ritorikadan çəkinməyə və təmkinli olmağa çağırıb.

AŞPA həmməruzəçiləri hər iki ölkəni həmsədrlərin 15 iyul bəyanatlarında da göstərildiyi kimi ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırır: sülh prosesinə əlverişli bir atmosfer yaratmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaq və ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasını təmin etmək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.