Siyasət

Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir - VİDEO

7 İyul 2020 20:13
Baxış: 1 467

Ermənilər tez-tez öz tarixlərini qədim dövrlərə bağlamağa çalışırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, 1800-cü illərdə Ermənistan adlı bir dövlətin, qurumun guya mövcud olduğunu sübut etməyə çalışırlar. Hətta onlar bu mövzunu araşdırıb sübüt edəcək tarixçilərə mükafatlar da vəd edirlər:

"Cənab Prezident çox mühüm məsələyə toxundu. "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir. Sənəddə ancaq Qarabağ xanlığının adı çəkilir".

A.Nağıyev bildirib ki, ermənilər saxta tarixlərini öz vətəndaşlarına sırımaqla, yenidən bu saxta tarixlərinə qayıtmaq, guya öz olmayan keçmişlərini sübut etməyə çalışırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.