Siyasət

İyunun 15-i Milli Qurtuluş gününə həsr olunmuş “Şərəfli tariximiz” adlı onlayn tədbir keçiriləcək - VİDEO

13 İyun 2020 21:16
Baxış: 1 305

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşəbbüsü ilə 15 iyun saat 14:00-da Milli Qurtuluş gününə həsr olunmuş "Şərəfli tariximiz" adlı onlayn tədbir keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, könüllü təşkilatları və hərəkatlarının üzvləri, ictimai fəal gənclər və gənc sənətçilərin iştirakı ilə baş tutacaq bədii hissədən sonra gənclər üçün intellektual müsabiqə təşkil olunacaq. Sualları ilk olaraq cavablandıracaq şəxslər dəyərli hədiyyələrlə mükafatlandırılacaqdır.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.