Siyasət

İsveçrə mediasında Azərbaycandan bəhs edilib

3 İyun 2020 18:04
Baxış: 680

İsveçrənin nüfuzlu "Der Bund" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunub.

Milli.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "O, öz vətənindən Nuh peyğəmbərin çıxdığı dağı cox aşkar ğörə bilirdi" başlıqlı məqalə Bern şəhərində yaşayan həmvətənimiz, İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin rəhbəri Qasım Nəsirovun jurnalist Markus Dyuçlerə (Markus Dütschler) müsahibəsi əsasında hazırlanıb.

Məqalədə ölkəmizin tarixi, müsəlman Şərqində ilk dəfə dünyəvi və demokratik respublika qurmuş Azərbaycan Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizdə bəşəri və multikultural dəyərlərə daim önəm verilməsi, dini və irqi ayrı-seçkiliyə yol verilməməsi, bütün millətlərin dinc, yanaşı və mehriban şəraitdə yaşaması, diasporumuzun İsveçrədə fəaliyyəti barədə geniş məlumat verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.