Siyasət

"Buna qarşı artıq insanlarda bir qıcıq başlayıb"

16 May 2020 13:17
Baxış: 2 642

"Təbiidir ki, Ermənistanın xunta rejimi olduğunu cənab Prezident bütün möhtərəm tədbirlərdə, beynəlxalq konfranslarda və digər platformalarda hər zaman bəyan etmişdir. Bu gün Paşinyandır, dünən Njde olub, başqa vaxt başqası olubdur. Yəni, burada yalnız və yalnız dəyişən şəxslərdir".

Bunu Milli.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

O, Ermənistanın başında dayananları faşist təfəkkürlü və öz xalqlarını uçuruma aparan toplum adlandırıb:

"Onların dövlət təməli elə qurulub ki, şəxslərdən asılı olmayaraq - bundan qabaq Sarkisyanı olsun, ondan qabaqki prezidentləri olsun, hər biri yalnız və yalnız dünyadan təcrid olunmuş insanlardır. Paşinyanın beyni, təfəkkürü o qədər faşizmlə doludur ki, bəzən o faşistlərlə müharibədə döyüşənləri və digər məslələrdən həlak olanları hələ də bir-birindən ayıra bilmir. Çünki onun təfəkkürü ondan ibarətdir. Mən də düşünürəm ki, Azərbaycan Prezidenti Paşinyana layiqli yerini bildirib. Ermənistanda normal bir rejim yoxdur. Oranı idarə edənlər ancaq faşist təfəkkürlü insanlardır və öz xalqlarını da uçuruma aparırlar. Bu da göz qabağındadır. Sosial, iqtisadi, regiondan təcrid məsələlərində görünür ki, bu həqiqətən də tam isbat olunmuş məsələdir ki, idarəetmələri nasizm, faşizm üzərində qurulmuşdur. Belə sistemlər də çox uzun ömür sürməz. Çünki buna qarşı artıq insanlarda bir qıcıq başlayıb".

Təhməz Təkin
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.