Siyasət

Belarusdan qayıdan azərbaycanlı: Bu yardımı bizə göstərdiyi üçün Prezident İlham Əliyevə həmyerlilərimiz adından təşəkkürümü bildirirəm - VİDEO - FOTO

13 May 2020 17:32
Baxış: 1 218

Belarusun paytaxtı Minskdə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ölkəyə geri dönən həmvətənlərimizdən biri Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, Belarusda biletləri təxirə düşən və Azərbaycana qayıda bilməyən həmyerlilərimizə müvəqqəti qalmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə yüksək səviyyədə şərait təşkil olunub.

Paytaxt Minskdə hotellərə yerləşdirilən azərbaycanlılar ölkə Prezidenti İlham Əliyevə yardım üçün məktub ünvanlayıblar və müsbət cavab alıblar:

"Belarusun "Belavia şirkəti ən sonuncu günə kimi aviareysləri açıq saxladı buna görə də, Belarusa Norveçdən, Yaponiyadan, Ukraynadan və digər ölkələrdən gələnlər oldu. Təəssüf ki, son anda reyslər təxirə salındı və biz Azərbaycana dönə bilmədik. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə əlaqə yaratdıq, dərhal bizi Minskdə hotellərə yerləşdirdilər, gündə üç dəfə qidalanma ilə təmin etdilər. Daha sonra Cənab Prezident İlham Əliyevə məktub ünvanladıq, iki gün sonra məktubumuza müsbət cavab gəldi və biz ayın 9-da Belarus aeroportunda ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycana gəldik".

N. Məmmədov ölkəyə qayıtmasına köməklik göstərildiyi üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:

"Bu yardımı bizə göstərdiyi üçün Cənab Prezident İlham Əliyevə öz adımdan və mənimlə Bakıya qayıdan həmyerlərimiz adından təşəkkürümü bildirirəm. Paytaxta çatdıqda biz ilkin tibbi müayinədən keçdik və hazırda Olimpiya kəndində karantində qalırıq".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.