Siyasət

Azərbaycanda uşaq verilişləri zamanı bu reklam qadağan edildi

8 May 2020 12:36
2 Şərh     Baxış: 951

Azərbaycan uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Reklam haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.

Qanuna təklif edilən dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.