Siyasət

Yerevan İranın vasitəçilik təklifinə sükutla cavab verir

20 Aprel 2010 12:47
Baxış: 221
"Armenia Today" məsələ ilə bağlı İranın Ermənistandakı səfirliyinə müraciət etsə də, qurum jurnalistlərdən Ermənistan Xarici İşlər Nazirliyinə üz tutmalarını istəyib. Xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan isə hazırkı mərhələdə məsələyə münasibət bildirmək istəmədiklərini söyləyib.

Xatırladaq ki, İranın xarici işlər naziri Manuçöhr Mottəki bu günlərdə Bakı və Yerevana ünvanladığı müraciətdə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edə biləcəyini bildirib. Bakı dərhal təklifə reaksiya verib və onu müsbət qarşıladığını açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.