Siyasət

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - Hikmət Hacıyev

16 Aprel 2020 17:26
Baxış: 932

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək.

O qeyd edib ki, bu tədbirlər virusun xaricdən idxal olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.