Siyasət

Naxçıvanın arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edildi

14 Mart 2020 15:09
Baxış: 1 085

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 14-də "Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.