Siyasət

Milli Məclisdə ilk iclas nə vaxt keçiriləcək?

5 Mart 2020 13:01
Baxış: 954

Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir:

"Bununla bağlı hələ qərarın verilməsini gözləyirik".

S.Mirzəyev əlavə edib ki, Milli Məclisdə hələ bir çox qəbul edilməmiş sənədlər qalır: "Yəqin ki, o sənədləri ilk növbədə müzakirəyə çıxaracağıq. Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanun layihələri gələcək. Ölkədə keçirilən iqtisadi-sosial islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq".

Aparat rəhbəri vurğulayıb ki, Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq. Onun sözlərinə görə, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.