Siyasət

Tovuzda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,8 milyon manat ayrılıb

4 Mart 2020 16:54
Baxış: 1 138

Prezident İlham Əliyev martın 4-də "Tovuz rayonunun Əyyublu-Aran-Qovlar-Aşağı Quşçu-Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu-Aran-Qovlar-Aşağı Quşçu-Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.