Nəticələri ləğv edilən məntəqələr - YENİLƏNİB
20:35
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib".
İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
---------
20:20
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd Sərdar Məmmədovun (Cəlaloğlunun) müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 4 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 4 seçki (10, 19,28 və 29 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
---------
20:03
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 2 seçki ( 7 və 32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
----------
19:40
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 1 seçki ( 36 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
---------
19:25
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib:
"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib". İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
--------
18:30
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Validə Kazımova bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.
---------
17:40
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Dadaş Əhmədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 1 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
***
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Rüfət Əliyev MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
****
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Qiyas Sadıqov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 28 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
----------
17:30
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
-------
17:02
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən deputatlığa namizəd Anar Əsədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müracəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.
--------
16:42
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





