2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.
Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.
Milli.Az