Siyasət

Qoşunlarda yeni tədris dövrü başlayıb - FOTO

3 Fevral 2020 19:59
Baxış: 756

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.