Siyasət

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

23 Dekabr 2019 17:51
Baxış: 906

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 17:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 15792 nəfər (40.89%) səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsidir. Burada 7778 (23.32%) nəfər səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfəri səs verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.