Vitse-admiral: "Türkiyə axıra qədər Azərbaycanın arxasında dayanacaq"
Türkiyənin tanınmış hərbi-geosiyasi strateqi, istefada olan vitse-admiral, "Aydınlık" qəzetinin şərhçisi Soner Polat APA-ya müsahibə verib.
Milli.Az müsahibəni təqdim edir:
- İki həftə əvvəl prezident Vladimir Putin Rusiya və Ermənistan silahlı qüvvələrinin birləşdirilməsiylə bağlı qərarı təsdiq etdi. Bu qərar niyə qəbul edildi, Rusiya və Ermənistan baxımından bu qərarın önəmi nədir?
- Hər iki ölkə MDB-də yaradılmış kollektiv təhlükəsizlik paktının üzvüdür. Pakt üzv ölkələr arasındakı hərbi münasibətləri dərinləşdirməkdədir. 1995-ci ildə imzalanmış Minsk sazişiylə MDB sərhədləri müştərək şəkildə qorunmaqdadır. Bundan başqa, Rusiya ilə Ermənistan arasında xüsusi təhlükəsizlik sazişləri də imzalanıb. İki ölkənin 1995-ci ildə imzaladıqları müştərək müdafiə sazişinin olduğunu da bilirik. O çərçivədə həm Rusiya qoşunlarının 25 il Ermənistanda qalmalarına hüquqi zəmin hazırlanmış, həm də hücuma məruz qalması halında Rusiya Ermənistana kömək etməyi öz öhdəsinə götürmüşdür. 2000-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi ilə hər iki ölkə bir-birlərinin hava dəhlizlərindən qeyri-məhdud şəkildə istifadə edə bilirlər. Bu qərarla iki ölkə hərbi mənada bütövləşmiş olmaqdadır. Rusiya üçün Ermənistan strateji bir siyasət vasitəsidir. Rusiya Ermənistanı önə sürərək və onun iplərini əlində tutaraq, Azərbaycana qarşı böyük alver gücü qazanmaqdadır. Azərbaycan isə, heç olmasa, indiki dönəmdə geosiyasi səbəblərə görə Qərblə Rusiya arasında tarazlıq qurmaq məcburiyyətindədir. Bundan başqa, Ermənistan Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni kəsməsi baxımından da Rusiya üçün önəmlidir. Qərbin ermənilərə olan sevgisi də bu cür siyasətlər yürüdərkən Rusiyanı gücləndirməkdədir. Ermənistan süni bir dövlətdir və normal şərtlərdə var ola bilməz.Ermənistanı yaşadan şərtlər müxtəlif ölkələrin geosiyasi mənafeləridir. Türkiyə səmimi şəkildə Avrasiyaya yönəldikcə, Azərbaycan da rahatlayacaq. Avrasiyaya yönəlmə başda Qazaxıstan olmaqla, türk dünyasının da bu problemə Azərbaycanın lehinə öz dəstəyini verməsi mənasını daşıyacaq. Qərbə güvənsəniz, yarı yolda qalarsınız.
- Rusiya Federasiyası və Ermənistan ordularının birləşmə qərarı
Türkiyənin maraqları baxımından necə oxunmalıdır? Bu durum Türkiyənin Qafqazda var olma niyyətlərinə nə dərəcədə təsir göstərər?
- Bu problem Rusiyanın və Qərbin, yumşaq sözlə desək, Azəərbaycana qarşı əleyhdarlığının kəsişdikləri bir sahəni əhatə etməkdədir. Ona görə məsələnin həlli zənn ediləndən daha çətindir. Qərbin köməyi ilə bu problemi həll etmək mümkün deyil. Bu problemi Avrasiya öz içində həll edəcək. Bu məsələdəki haqsızlığı Azərbaycana qarşı uzun müddət diqtə etmək mümkün deyildir. Türkiyə də Azərbaycan da hələ ki gerçək və təbii bir beynəlxalq ittifaq sistemi yarada bilmədiklərinə görə Rusiya rahat hərəkət etməkdədir. Ancaq hələ şərtlər yetişməyib. Gələcəkdə başqa bir tabloya baxacağıq.
- Ermənistanın öz hərbi gücünü Rusiyanın əmrinə verməsi Azərbaycan üçün hansı əlavə problemlər yarada bilər? Uzun müddətdən bəri torpaqları Ermənistanın işğalı altında olan Azərbaycan doğma torpaqlarını işğaldan azad etmək üçün Rusiya ilə birbaşa mübarizə etmək məcburiyyətində qalacaqmı?
- Təəssüf ki, Rusiyanın vermək istədiyi mesaj budur. Amma bu vəziyyət Azərbaycanı və hətta Türkiyəni daha realist diplomatik və hərbi siyasətlər müəyyənləşdirməyə yönəldəcək.
- Rusiya və Ermənistan ordularının birləşməsinə dair qərar gələcəkdə Türkiyə ilə Azərbaycan arasında hərbi sahədəki əməkdaşlığın inkişaf etdirilməsinə nə dərəcədə təkan verə bilər?
- Hesab-kitabı nə olursa-olsun, Türkiyə axıra qədər Azərbaycanın arxasında duracaq. Azərbaycana arxa çevirən bir hökuməti türk milləti hakimiyyətdə saxlamaz. Amma hal-hazırda görülməsi lazım olan birinci iş Azərbaycanın problemlərini həll edəcək beynəlxalq atmosfer yaratmaqdır. Əvvəlcə düzgün strategiya müəyyənləşdirilməli, o strategiyanın qısa, orta və uzun dönəmli taktiki addımları hesablanmalıdır. Hal-hazırda Rusiya bir tərcih etmə durumunda olmaya bilər, ancaq düzgün addımlar atılsa, belə bir tərcihdən qaça bilməz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Los-Ancelesdəki Baş konsulluğumuzda xidmət müvəqqəti dayandırıldı
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
XƏBƏR LENTİ
-
Mbappedən Zidanın təyinatına ilk reaksiya
-
Təranə Quliyevaya yüksək vəzifə verildi
-
Azərbaycanlı aparıcının anası ilə fotosu maraq yaratdı - (Foto)
-
Bakıda avtobus yük avtomobilinə çırpıldı
-
Bu ərazidə yeni avtomobil körpüləri inşa olunacaq
-
Rusiya Pavel Durovu axtarışa verdi
-
Azərbaycanda avro bahalaşdı, rubl isə ucuzlaşıb
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Trampın vida mərasimindəki davranışları gündəm oldu - (Video)
-
Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı
-
Britaniya baş nazirindən İnfantinoya sərt etiraz: Avropa da FIFA-ya qarşı təcili iclas keçirəcək
-
Los-Ancelesdəki Baş konsulluğumuzda xidmət müvəqqəti dayandırıldı
-
18 yaşı var, 2.28 boyundadır - (Foto)
-
Rəqəmsal kəfala: Rusiya miqrantlar üçün təhkimçilik sistemi necə qurur
-
Hacan Hacısoy vəfat etdi
-
Asya: “Azərbaycanı Avroviziyada təmsil etmək istəyirəm“
-
Salyanda sərxoş kişi keçmiş kürəkənini güllələyib öldürdü
-
İstanbuldakı Göy məscid haqqında bilinməyən tarix
-
Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?
-
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
-
Qarpız və yemişi belə saxlayın - Çoxları bu səhvi edir
-
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma
-
Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir





