Britaniya baş nazirindən İnfantinoya sərt etiraz: Avropa da FIFA-ya qarşı təcili iclas keçirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı planlar beynəlxalq futbol ictimaiyyətində narazılıq yaradıb.
Milli.Az xəbər verir ki, jurnalist Rob Harrisin yaydığı məlumata görə, bir sıra Avropa ölkələri bu təşəbbüsə etiraz olaraq dünya çempionatını boykot etmək variantını müzakirə edir.
Bildirilir ki, yaranmış vəziyyətlə əlaqədar UEFA-ya üzv milli assosiasiyaların nümayəndələri bu həftə təcili toplantı keçirərək məsələni müzakirə edəcəklər.
Daha əvvəl The Times nəşri FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin idarə olunması üçün yeni şirkət yaratmağı planlaşdırdığını yazmışdı. Məlumata görə, həmin şirkət kişilər və qadınlar arasında keçirilən dünya çempionatları, eləcə də klublararası dünya çempionatının kommersiya hüquqlarını idarə edəcək.
İddialara əsasən, layihə ilə bağlı ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə də məsləhətləşmələr aparılıb. Plan reallaşacağı təqdirdə, FIFA-ya üzv olan 211 milli assosiasiyanın hər birinin təxminən 20 milyon ABŞ dolları dəyərində pay əldə edə biləcəyi bildirilir. Həmçinin Canni İnfantinonun yeni yaradılacaq şirkətdə komissar vəzifəsini tutacağı da iddia olunur.
Məsələyə münasibət bildirən Böyük Britaniyanın Baş naziri Endi Börnhem isə dünya çempionatının kommersiya obyektinə çevrilməsinin yolverilməz olduğunu vurğulayıb.
"Futbol investorlara deyil, tribunaları dolduran azarkeşlərə məxsusdur. Dünya çempionatı satıla biləcək məhsul deyil. Oyunun hətta kiçik bir hissəsinin satılması onun mahiyyətinə xəyanətdir", - deyə Endi Börnhem bildirib.
Qeyd edək ki, UEFA da sözügedən təşəbbüsü tənqid edən rəsmi bəyanatla çıxış edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
XƏBƏR LENTİ
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin





