Şou-biznes

5 milyon baxışı olan mahnını yutubddan sildirdi

28 İyul 2026 21:45
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Vasif Məhərrəmli ilə Vəfa Şərifovanın ifa etdiyi və beş milyon baxışı olan "Nazlanma" mahnısı yutub platformasından silinib.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, mahnı cənubi azərbaycanlı ifaçı, bəstəkar Mənsur Daneşvarın şikayəti əsasında silinib:

"Bu mahnı "Eşqin 7 şəhəri" operasından götürülüb. Əsəri onlardan əvvəl mənimlə Xalq artisti Gülyanaq Məmmədova ifa edib. Onlar mahnımı oğurlayıblar və sonra icazəsiz oxuyublar. Mahnının sözlərini dəyişiblər, ayaq altına salıblar. Qoyduğum tələblərin heç birinə əməl etmədiklərindən yutubda beş milyonluq baxış sayı olan mahnını sildirdim. Sonra onlar mahnını ikinci dəfə yutuba yerləşdirdi. 90 min baxış yığdı. Mən bu dəfə mahnının səsini aldırdım. Sabah da ümumiyyətlə sildirəcəm".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.