Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyədə fəaliyyət göstərən şirkətin kassasından 1 milyon ABŞ dollarını mənimsəməkdə təqsirləndirilən Eldar Mamliyevə hökm oxunub.
Milli.Az xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə verilən hökmə əsasən, Eldar Mamliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək İstanbulda yerləşən "Araz-Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"ndə faktiki kassir kimi çalışıb. Ona qızıl-zinət əşyalarının alqı-satqısı, pul köçürmələri, nağd ödənişlər və şirkətin maliyyə əməliyyatlarına nəzarətlə bağlı geniş səlahiyyətlər verilib.
İstintaqla müəyyən olunub ki, şirkət rəhbərləri Türkiyədən kənarda olduqları vaxt müxtəlif ödənişlərin həyata keçirilməsi üçün kassada saxlanılan ümumilikdə 1 milyon dollar - həmin dövrün məzənnəsi ilə 1,7 milyon manat məbləğində vəsait təqsirləndirilən şəxsə etibar edilib. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-oktyabr aylarında həmin vəsaiti hissə-hissə mənimsəyib. Onun 9780 ABŞ dollarını nağd xərclədiyi, 990 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış iki bank hesabına köçürdüyü müəyyən edilib. Sonradan həmin pullar kartlar vasitəsilə İstanbulda internet platformalarında ödənişli oyunlara və digər şəxsi məqsədlərə sərf olunub. 1 milyon ABŞ dollarının mənimsənildiyi müəyyənləşdirildikdən sonra yalnız 100 min ABŞ dolları geri qaytarılıb, qalan məbləğ isə ödənilməyib.
Araşdırma zamanı təqsirləndirilən şəxsin həyat yoldaşının adına açılmış bank hesablarına qısa müddətdə 1 milyonlarla manat vəsait daxil olduğu, həmin məbləğlərin demək olar ki, tam şəkildə çıxarıldığı da müəyyən edilib. Həmin bank hesablarına dair çıxarışlar və pulun qəbuluna dair qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınıb.
Eldar Mamliyevə Cinayət Məcəlləsinin 12.1, 179.4-cü (Mənimsəmə, Azərbaycan Respublikası ərazisindən kənarda xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Gülben Ergenin “Ahbap” istintaqında ifadəsi ortaya çıxdı
-
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
-
Hörmüzə İran deyil, biz nəzarət edirik - Tramp
-
Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
“Sabah” “KuPS”a qarşı - Start heyətlər
-
Bu bürclər birlikdə olmaq üçündür
-
Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır
-
Mançini milliyə qayıtdı
-
DİM qəbul imtahanlarının nəticələrini açıqladı
-
"Apple" yenidən birinci oldu
-
"Visa" 2600 əməkdaşını işdən çıxarır
-
Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü Bakıda uğurla başa vurdu - (Foto)
-
İsti havalarda necə qidalanaq?
-
Ərdoğandan "Ahbap" qalmaqalına ilk reaksiya
-
Rəqsanə tanınmaz halda
-
Ağdam, Füzuli, Cəbrayılda açıq ərazilərdə yanğınlar baş verdi
-
Maradona və Pelenin illər öncəki unudulmaz görüşü yenidən gündəm oldu - (Video)
-
Bakıda piyada maşının altına uzandı - (Video)
-
Güləşçimiz erməni rəqibini məğlub edib yarımfinala yüksəldi
-
Seda Sayan Haluk Leventdən danışdı: "Onu əvvəldən tanıyırdım"
-
Sertifikatlaşdırma imtahanında texniki səhvlər aşkarlandı
-
Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış
-
Nanə efirə qayıdır





